Dövlət Toxum Fondunda ixtisarlar gedir, maaşlar verilmir – MÜRACİƏT

“Artıq 3 aydır Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Toxum Fondunda əməkhaqqı verilmir”.

Bu barədə İndex.az-a daxil olan məlumatda bildirilir.

Məlumatı göndərən şəxs adıçəkilən qurumda çalışır.

Onun sözlərinə görə, burada 84 nəfər əməkdaş işləyir:

“Onların arasında müharibə veteranı, əlillər, tək ana, ailəsini yalnız bu maaşla dolandıran insanlar çalışır”.

O da bildirilir ki, Dövlət Toxum Fondunun gələcək aqibəti naməlumdur:

“Belə ki, işçiləri işdən azad edib 5 nəfər işçi saxlamaq mübahisələri gedir. Hətta işdən çıxan adamların son haqq-hesabları dəfələrlə üst qurumlar tərəfindən söz verilsə belə, ödənilməyib. Bununla bağlı, məlumatı işıqlandırsanız çox məmnun olardıq”.

Adıçəkilən qurumun mətbuat xidməti məsələyə münasibət bildirmədi.