Çin Tayvanı işğal etsə bu şirkətlər fəaliyyətini dayandıracaq

İki nəhəng çip istehsalçısı Tayvanın işğalı ssenarisinə hazırlaşır.

İndex.az xəbər verir ki, Niderlandın çip maşın istehsalçısı ASML və Tayvanda yerləşən yarımkeçirici şirkət “Taiwan Semiconductor Manufacturing” (TSMC) bununla bağlı açıqlama edib.

İndex.az xəbər verir ki, ASML və TSCM-dən bildirilib ki, Çin Tayvanı işğal edərsə, şirkətlər fəaliyyət göstərən çip maşınlarını söndürə bilər.