Londondan Sinqapura uçan təyyarədə güclü turbulent: 1 ölü, 30 yaralı

İngiltərənin paytaxtı Londondan Sinqapura uçan “Sinqapur Hava Yolları”na məxsus təyyarənin turbulentliyə girməsi nəticəsində 1 sərnişin ölüb, 30-dan çox sərnişin yaralanıb.

İndex.az xəbər verir ki, ” Sinqapur Hava Yolları” tərəfindən edilən açıqlamada, Londondan Sinqapura uçan “SQ321” reysinin yerli vaxtla saat 15.45-də Taylandın paytaxtı Banqkokdakı “Suvarnabhumi Beynəlxalq Hava Limanı”na təcili eniş etdiyi bildirilib.

Açıqlamada, ümumilikdə 211 sərnişin və 18 nəfərlik ekipajı olan təyyarənin tropik fırtınaların baş verdiyi bölgədə hava məkanında şiddətli turbulentliyə girdiyi qeyd edilib.

Açıqlamada təyyarənin turbulentliyə girməsi nəticəsində 1 sərnişinin öldüyü, 30-dan çox sərnişinin isə yaralandığı bildirilib.