Dövriyyədə olan ödəniş kartlarının sayı 22%-dən çox artıb

Bu ilin aprelin 1-ə Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 %-dən çox artaraq 17,4 milyon manat olub.

İndex.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Rəşad Orucov Bakıda keçirilən Fintex Sammitində deyib.

O bildirib ki, cari ilin birinci rübündə kartlarla aparılan ölkədaxili nağdsız ödənişlərinin həcmi 80 %-dən çox artaraq 16 milyard manatı keçib.

“Olkədaxili kart ödənişlərinin nağdsız dövriyyənin xüsusi çəkisi ötən illə müqayisədə 11 %-ə yaxın artaraq 62 faizə bərabər olub” – R. Orucov əlavə edib.