İnternet bankçılıq əməliyyatlarının həcmi 18% artıb

Bu ilin I rübündə Azərbaycanda internet bankçılıq əməliyyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 18 %-dək artaraq 59 milyard manatı ötüb

İndex.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Rəşad Orucov deyib.

Onun sözlərinə görə, mobil bankçılıq xidmətlərinin həcmi isə 2 dəfə artaraq 15 milyard manat təşkil edib.

Ümumilikdə I rübdə cari hesablarda aparılan müştəri köçürmələrin say üzrə 93 %-i, həcm üzrə isə 75 %-i elektron bankçılıqla həyata keçirilib.