AMB: “Bu il tədiyyə balansının qalığının ÜDM-ə nisbəti 15%-25% ola bilər”

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il tədiyyə balansının qalığının ümumi daxili məhsula (ÜDM) nisbətinin 15-25% olacağını proqnozlaşdırır.

İndex.az xəbər verir ki, bunu AMB-nin baş direktoru Vüqar Əhmədov bildirib.

“Ölkədə daxil olan böyük valyuta gəlirlərinin valyuta bazarında tarazlığı təmin edəcəyini, məzənnə sabitliyini dəstəkləyəcəyini görəcəyik. Bunun da inflyasiyaya əhəmiyyətli neytrallaşdırıcı və azaldıcı təsirləri var”, – deyə o, qeyd edib.