Ölkədə inflyasiya səviyyəsi artacaq yoxsa azalacaq? – AÇIQLAMA

İlin sonuna doğru qədər ölkədə inflyasiya səviyyəsi inflyasiya hədəfinin yuxarı həddinə yüksələcəyi gözlənilir.

İndex.az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov məlumat verib. Onun sözlərinə görə, Mərkəzi Bank bu ilin sonuna qədər ölkədə qiymət artımının indiki səviyyədə qalacağını proqnozlaşdırır.

“Bizım müxtəlif ssenarilər əsasında inflyasiya proqnozlarımız var. Bütün proqnozlar inflyasiyanın cari səviyyədən aşağı olacağını gözləyirik. İlin sonuna doğru hədəfin yuxarı həddinə yaxınlaşacağı ehtimalları kifayət qədər yüksəkdir. Hökumətin antiinflyasiya proqramları bu prosesə təsir edir”.