Vakansiya haqqında:
Funksiya: B2C Satış
İş qrafiki: Standart
Son müraciət tarixi: 15.05.2022
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Fəaliyyət göstərdiyi ərazilərdə satış məntəqələrinin materiallarının çeşidinə, ehtiyatına, xarici və daxili görünüşünə nəzarət etmək;
- Müntəzəm olaraq ona həvalə olunmuş satış nöqtələrini ziyarət etmək, yaranmış çatışmazlıqları aradan qaldırmaq və satış nöqtələrindəki konsepsiyanın şirkətin tələblərinə uyğunluğunu təmin etmək;
- Yeni satış kanallarını axtarmaq, mövcud satış kanallarını inkişaf etdirmək;
- Şirkət və partnyorlar arasında əlaqələrin daima yüksək səviyyədə təşkil etmək və düzgün informasiya mübadiləsini təmin etmək;
- İş prosesi zamanı yaranmış və ya potensial problemləri dərhal analiz edərək yerindəcə həllini təşkil etmək və bu barədə rəhbərliyə məlumat vermək;
- Rəhbərlik tərəfindən həvalə olunmuş bütün tapşırıqları və təyin olunmuş hədəflər vaxtı vaxtında yerinə yetirmək;
- Tələb edilən gündəlik, həftəlik, aylıq və rüblük hesabatları tərtib etmək.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil;
- Pərakəndə satış və ya merçendayzinq sahəsində ən azı 2-3 il iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- Əsaslı təhlil aparma qabiliyyəti
- Detallara diqqət yetirmə qabiliyyəti
- Qərar qəbul etmə bacarığı
- Danışıqlar apara bilmək qabiliyyəti
- Nəticə yönümlü
- Azərbaycan (səlis), Rus (yaxşı) və İngilis (yaxşı) dili biliyi
- MS Office Proqramlarını bilmək
- ‘’B’’ kateqoriya sürücülük vəsiqəsi
Başlıqda “Pərakəndə satış üzrə mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Retail Sales Specialist (Zagatala, Balakan, Gakh, Shaki, Oghuz, Gabala, Ismayilli)
Son tarix 16 may 2022 – [email protected]
Vakansiya haqqında:
Funksiya: B2C Satış
İş qrafiki: Standart
İş yeri: Zaqatala, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonları
Son müraciət tarixi: 15.05.2022
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Diler satış nöqtələrində satış prosedurlarına nəzarət etmək və onları təkmilləşdirmək
- Diler satış nöqtələrində Nar məhsullarının birbaşa satışını təşkil etmək
- Nəzarət etdiyi satış nöqtələrinin satış hədəflərinə çatmasına dəstək olmaq
- Distribyutor və diler əməkdaşlarının Nar məhsul və xidmətləri haqqında bilik səviyyələrinin artırılmasına dəstək göstərmək və ehtiyac olduqda onlara təlimlər keçmək
- Diler şəbəkəsində Nar reklam materiallarının aktuallığı və xarici görünüşünə nəzarət etmək
- Yeni satış nöqtələrini araşdırmaq, biznes plana uyğun olaraq təyin olunmuş bölgə üzrə satış kanallarını inkişaf etdirmək
- Yeni satış nöqtələri üçün təklif olunan mağazalara baxış keçirmək, qəbul və təhvil-təslim aktlarını hazırlamaq, bağlanmış mağazalar haqqında rəhbərliyi məlumatlandırmaq
- Rəqib operatorların fəaliyyəti haqqında daim məlumatlı olmaq
- Rəhbərlik tərəfindən təyin olunmuş hədəfləri yerinə yetirmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil
- Pərakəndə satış sahəsində 2-3 il iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- Ünsiyyət qurma bacarığı
- Qərar qəbul etmə bacarığı
- Danışıqlar apara bilmək qabiliyyəti
- Azərbaycan dilini mükəmməl bilmək (Rus və İngilis dillərini bilmək üstünlük hesab olunur)
- MS Office proqramlarını bilmək
- ‘’B’’ kateqoriya sürücülük vəsiqəsi
Başlıqda ‘’Pərakəndə satış üzrə mütəxəssis (Zaqatala, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı)” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır..