“Veysəloğlu” Şirkətlər Qrupu işçi axtarır – VAKANSİYA

Veysəloğlu Şirkətlər Qrupu

Şəbəkə Mühəndisi

Son tarix 28 may 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Şirkətin şəbəkə infrastrukturunun layihəsinin hazırlanmasında iştirak etmək;
  • Şəbəkə infrastrukturu üçün texniki sənədləşməni təşkil etmək;
  • Şəbəkə yükü və trafik optimizasiyasını təhlil etmək və təkliflər vermək;
  • Şəbəkə inzibatçıları tərəfindən eskalasiya olunan sorğuları və məsələləri həll etmək;
  • Şəbəkə infrastrukturunda xidmətin, dəyişikliklərin, insidentlərin, dayanıqlığın idarə olunması proseslərini tətbiq etmək;
  • Telekommunikasiya avadanlıqlarının fasiləsiz işini təmin etmək;
  • Sistemlər üzrə yenilikləri (updates) yoxlamaq, yenilənmə üzrə plan tərtib etmək və nəzarət etmək;
  • Mövcud infrastruktur resurslarını istifadə edərək sistemləri quraşdırmaq və yeni versiyaları test etmək;
  • Sistemlərdə baş verəbiləcək problem və dayanmaları prosedurlara əsasən araşdırmaq və həll etmək;
  • Sistemlərin administrasiyası üzrə proqram təminatını istifadə etməklə, problemləri araşdırmaq və müxtəlif keyfiyyət göstəriciləri üzrə hesabatlar tərtib etmək;
  • Öhdəsində olan sistemlərin idarə edilməsi üzrə prosedur və qaydaları tərtib etmək;
  • Sistemlərin dəstəklənməsi üzrə profilaktik və gündəlik işləri icra etmək;
  • Sistemlərin dəstəklənməsi üzrə monitorinq aparmaq;
  • İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması, tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibində iştirak etmək.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil (xüsusilə kompüter mühəndisliyi, kompüter elmləri üzrə);
  •  Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
  •  Şəbəkə təhlükəsizliyi və nəzarət modelləri haqqında, eyni zamanda “BGP”, “EİGRP” kimi marşrutlaşdırma protokolları üzrə biliklər;
  • “SolarWinds/Prtg” və s. şəbəkə monitorinqi, diaqnostika və analiz alətləri ilə təcrübə;
  • “CCNP”, “CCDP”, “CCİE” sertifikatlaşmaları üzrə dərin biliklər (sertifikatın olması arzuolunandır);
  • “JUNOS” və “Cisco IOS” kimi şəbəkə əməliyyat sistemləri ilə iş təcrübəsi;
  • “Python”, “Perl” kimi dillərdə şəbəkə avtomatlaşdırmasını təmin edəcək səviyyədə skriptinq bilikləri;
  • Analitik təhlil, çevik qərarvermə, təşkilatçılıq və komandada işləmə bacarığı.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Şəbəkə Mühəndisi” yazmaqla, öz CV-lərini göndərə bilərlər