Bakı Limanının yarım milyon manata yaxın vergi borcu var

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

İndex.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından əldə edilən rəqəmlər deyir.

Məlumata əsasən, Bakı Limanının vergi borcu 469 641 manatdır. Bu 27.04.2022-ci il tarixinə olan məlumatdır.

Xatırladaq ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manatdır. Liman yük, neft və bərə terminallarından ibarətdir.