“Volkswagen” elektrik avtomobilləri üçün daha çox dövlət dəstəyi tələb edib

“Volkswagen”, gələcəkdə elektrikli avtomobillərin istehsalına davam etmək üçün daha çox dövlət dəstəyinə ehtiyacı olduğunu açıqladı.

İndex.az xəbər verir ki, “Volkswagen”in işçi şurasından Daniela Kavallo Almaniya hökumətini elektromobilləri daha güclü dəstəkləməyə çağırır, xüsusilə də elektriklə işləyən avtomobillərə dövlət tərəfindən verilən dəstəyi başa çatmasından sonra narahatlıqlarının artdığını söyləyir.

Gələcək illərdə Almaniyanın yollarında milyonlarla elektrikli avtomobilin olacağı gözlənilir. Lakin Kavallonun sözlərinə görə, hazırkı dəstəklərlə bu məqsədlərə nail olmaq mümkün deyil. Elektriklə işləyən avtomobillərə dövlət tərəfindən verilən dəstəyin sona çatması avtomobil istehsalçıları üçün çətinliklər yaradıb.

Kavallo bildirir ki, planlaşdırılmış 15 milyon elektrikli avtomobil hədəfinə çatmaq mövcud siyasətlərlə real deyil. VW elektrik avtomobil istehsalında da öz öhdəliklərini qəbul edir.