Gürcüstandan Azərbaycana pul köçürmələri 30% artıb

2023-cü ildə Gürcüstandan Azərbaycana isə 37,5 milyon ABŞ dolları pul köçürülüb.

İndex.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 29,8% çoxdur.

Hesabat dövründə Gürcüstandan Azərbaycana pul köçürmələrinin ümumi köçürmələrdə payı 0,8%-dən 2,3%-ə çatıb.

Ötən il Azərbaycandan Gürcüstana isə 58,85 milyon ABŞ dolları pul köçürülüb. Bu isə əvvəlki ilə nisbətən 0,8% azdır.

İl ərzində Azərbaycandan Gürcüstana pul köçürmələrinin ümumi köçürmələrdə payı 8,8%-dən 10,7%-ə çatıb.