Dünyanın ən yaşlı siam əkizləri 63 yaşında öldü

ABŞ-da yaşayan və dünyanın ən yaşlı siam əkizləri kimi tanınan Lori və Corc Şappel dünyasını dəyişib.

İndex.az xəbər verir ki, açıqlamada, siam əkizlərin Pensilvaniya Universiteti Xəstəxanasında müalicə alarkən həyatını itirdiyi bildirilib. Dünyanın ən yaşlı siam əkizlərinin ölüm səbəbi açıqlanmayıb.

1961-ci il sentyabrın 18-də doğulan Lori və Corc Şappel kəllələri birləşərək doğulublar. Müayinələrdə onların beyinlərinin 30 faizinin ortaq olduğu müəyyən edilib. Ayrılığı düşünməyən bacı-qardaşlar ən nadir bitişik əkiz növlərindən birini yaşadılar. Üstəlik, onların cəmi 30 il yaşayacaqları gözlənilirdi.

Ortaq beyinə sahib olan Lori və Corc Şappel xarakter baxımından çox fərqli fərdlər idi. Əslində Corc Şappel 2007-ci ildə qərar verib və cinsini dəyişərək kişi olub. Bununla belə, Corc Şappel bir az daha əlverişsiz vəziyyətdə idi. Bacısı sərbəst yeriyə bildiyi halda, əlil arabasına məhkum idi.

Bir çoxumuz ən kiçik sağlamlıq probleminə qarşı üsyan etsək də, onlar yaşamağı sevirdilər. Onlar birlikdə səyahət edir və karyera planları qururlar. Əslində hər ikisi fərqli karyera planlarına qismən də olsa nail ola bildilər. Amma indi bütün bunlar arxada qaldı…