Keçmiş İsrail kəşfiyyat rəsmisi: “Netanyahu ölkəni qiyamətə sürüklədi”

İsrail Daxili Təhlükəsizlik Agentliyinin keçmiş direktoru Nadav Arqaman İsrailin baş naziri Benyamin Netanyahunun bu vəzifəyə uyğun olmadığını və ölkəni məhvə sürüklədiyini bəyan edib.

İndex.az xəbər verir ki, İsrail televiziyasının 12-ci kanalına danışan Nadav Arqaman deyib ki, ölkədə seçkilər sürətlə keçirilməlidir, lakin Netanyahu mənəvi cəhətdən yenidən eyni vəzifəyə namizəd ola bilməz.

Arqaman, İsrailin qurulmasından bəri ən böyük fəlakət olaraq xarakterizə etdiyi 7 oktyabr hücumunun birbaşa Netanyahunun məsuliyyət daşıdığını vurğuladı: “Netanyahu vəzifəsindən getməsə, bu, bizim üçün qiyamət olacaq. İsrail dövləti tez bir zamanda hərəkətə keçməsə, düşünürəm ki, biz çox pis vəziyyətə düşəcəyik”.