“PASHA Holding” işçilər axtarır – VAKANSİYALAR

Məhsul icrasını dəstəkləmək və sistemlərimizin sabitliyini təmin etmək üçün Sistem etibarlılığı üzrə mühəndis axtarırıq. Bu, icraçı mühəndis kimi qabaqcıl təcrübəsi olan və əməkdaşlıq edə bilən şəxs, hər hansı məhsulu 100% öz gücü ilə qurmağı qarşısına məqsəd qoymayan və başqalarının etdiklərini kənardan müşahidə edə bilən (məsələn, üçüncü tərəfin vasitələrindən istifadə etməklə) və ən mürəkkəb problemləri icra edilməli kritik hissələrə qədər sadələşdirə bilən şəxs olmalıdır. Bu vəzifəyə namizəd böyük İT platformalarını dəstəkləməkdə və xidmət sifarişləri biletlərini (tiketləri) həll etməkdə təcrübəsi olan və SLA səviyyəsinə uyğun olan şəxs olmalıdır.

İşin təsviri:

Data platformasının cari və gələcək infrastruktur tələblərinə dəstək göstərilməsi;

Təqdim olunan infrastrukturda həllərin dəstəklənməsi;

Quraşdırma, problemlərin diaqnostikası, sistemin yenilənməsi, miqrasiya və ilkin vəziyyətə dönüş kimi birgə mühəndislik işlərini yerinə yetirilməsi və dəstəklənməsi;

Mühəndislərin və şirkətin bir çox mühitlərlə dəstəklənməsi;

Girişin təşkil edilməsi;

Qəza hallarının təhlil edilməsi;

Scrum Agile, Kanban Agile metodologiyalarından istifadə;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

Kompüter elmləri və ya əlaqəli sahədə bakalavr dərəcəsi;

Müvafiq sahə üzrə azı 2 il peşəkar təcrübə;

Linux OS serverlərinin administrasiyası;

Docker, docker-machine, docker-compose platformalarını başa düşmək;

Kubernetes/OpenShift texnologiyası haqqında anlayış;

Grafana + Prometheus + Zabbix üzrə monitorinq;

”Git” və ”şaxəli keçid” (branching) strategiyalarını başa düşmək;

Məlumat bazası idarəçiliyini başa düşmək;

Spark, Hadoop ilə tanışlıq;

Bash/Python kimi ən azı bir skript dili;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

Mövzu sətrində “Sistem etibarlılığı üzrə mühəndis” qeyd olunmalıdır;

CV-lər 27 may 2022-ci il tarixinə qədər göndərilməlidir.  [email protected]

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

İşin təsviri:

Holdinqin şirkətlərindəki məsul qruplar ilə işləyərək şirkətlərarası korporativ layihələrin müvafiq qaydada icra edildiyindən əmin olur;

Fəaliyyətləri biznesin ən böyük ehtiyaclarına doğru yönləndirir və həmin ehtiyaclara uyğunlaşdırır və bununla yanaşı bütün maraqlı tərəflərlə vaxtında əlaqə saxlayır və Data Ofisi daxilində və xaricində olan heyət üzvləri ilə uzlaşma təmin edir. Şirkətlərarası korporativ layihələr üzrə əsas əlaqə saxlanılmalı şəxs qismində çıxış edir;

Şirkətlərarası korporativ layihələrin icrası və təkmilləşdirilməsi üçün yüksək keyfiyyətli proseslər, prosedurlar və standartlar hazırlamaq və qüvvədə saxlamaq məqsədilə Holdinq şirkətlərindəki data üzrə aparıcı mütəxəssislər və digər maraqlı tərəflər ilə əməkdaşlıq edir;

Yetkinliyin qiymətləndirilməsi layihəsinin yaradılmasına və təkmilləşdirilməsinə töhfə verir;

Maraqlı tərəflər ilə müzakirələr təşkil edir və həmin müzakirələr əsasında iş ardıcıllıqları /proseslər /standartlar /təqdimatlar /tələblər hazırlayır;

Şirkətlərarası korporativ layihələrin icrasını və təkmilləşdirilməsini monitorinq etmək üçün ƏFG-lər (əsas fəaliyyət göstəriciləri) təmin edir və müntəzəm olaraq onlar barədə hesabat verir;

Prosesin irəliləyişində müntəzəm olaraq effektivliyi nümayiş etdirmək üçün yüksək keyfiyyəti hesabatlar/vizual məlumatlar hazırlayır və potensial problemləri Məlumatların idarəedilməsi üzrə rəhbərə və/və ya daha yüksək instansiyadakı rəhbərliyə bildirir;

İşçi qrupun iclasları üçün iclas gündəliklərinin, hesabatların və təqdimatların hazırlanmasına və koordinasiyasına dəstək verir;

Məlumatların idarəedilməsi prosesini tam yetkin səviyyəyədək inkişaf etdirmək məqsədilə proseslərin standartlaşdırılması və həllərin tətbiqi üçün imkanları müəyyənləşdirməyə yardım edir. Bunun üçün biznes-keys təhlili, potensial həllərin yoxlanılması, icra proseslərinin idarə edilməsi və təyin olunmuş tapşırıqlar və layihələrlə bağlı hər hansı zəruri təlim və kommunikasiyanın hazırlanması tələb oluna bilər;

Ümumilikdə təşkilatın məlumatların idarəedilməsi və əlaqədar proseslərini təkmilləşdirmək üçün tövsiyələr verir və prosesin effektivliyini təmin etmək üçün bütün tələb olunan tədbirləri yerinə yetirir;

Platforma idarəçiliyi və data idarəçiliyi mövzularında Holdinq şirkətləri üçün ekspert qismində çıxış edir;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

Müvafiq sahədə bakalavr dərəcəsi;

Müvafiq sahə üzrə 3-4 il peşəkar təcrübə;

Güclü analitik, problem həlletmə, təşkilatçılıq və vaxt idarəetmə bacarıqları;

Güclü ünsiyyət bacarıqları (şifahi/yazılı): ingilis, Azərbaycan və rus dilləri;

Layihə idarəetməsi üzrə təcrübə (sertifikatın olması üstünlük hesab edilir);

Layihə qərarlarını təşviq edə biləcək və çoxsaylı qruplar boyunca məsələləri istiqamətləndirə biləcək şəxs;

Biznes prosesin dizayn edilməsi, tətbiqi və təkmilləşdirilməsi üzrə təcrübə;

Qabaqcıl təcrübələrin, siyasətlərin və/və ya prosedurların hazırlanması üzrə təcrübə;

Güclü fərdlərarası ünsiyyət və danışıq aparma bacarıqları; müxtəlif qrup maraqlı tərəflərə təsir göstərmək bacarığı üzrə uğurlu təcrübə;

MS Suite proqramları üzrə praktiki bilik;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

Mövzu sətrində “Datanın idarəedilməsi üzrə baş mütəxəssis” qeyd olunmalıdır;

CV-lər 27 may 2022-ci il tarixinə qədər göndərilməlidir.  [email protected]

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.