Dövlətin verdiyi ipoteka kreditlərinin minimal faizi açıqlanıb

Hazırda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən kreditlərin minimal illik faiz dərəcəsi 3,7% təşkil edir.

İndex.az bu barədə Fonda istinadən xəbər verir.

Qurum dövlət xətti ilə verilən ipoteka kreditlərinin orta illik faiz dərəcəsini də açıqlayıb və bu göstəricinin 6,12% olduğunu bəyan edib.