Nazir: “Bu il sahibkarlara 13 milyon manat güzəştli kredit verilib”

“Bu ilin əvvəlindən Azərbaycanda sahibkarlara dövlət dəstəyi çərçivəsində 368 layihənin maliyyələşdirilməsi üçün 13,3 milyon manat güzəştli kredit verilib

İndex.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Bununla da, 344 yeni iş yerinin yaradılmasına imkan yaradılıb”, – deyə o, qeyd edib.