Rusiya bu ölkələrə qaz satışını dayandırır

Rusiyadan Polşa və Bolqarıstana qaz nəqli dayandırılıb.

İndex.az xəbər verir ki, bu barədə Rusiyanın “Qazprom” şirkəti məlumat yayıb.

Bildirilib ki, Polşa və Bolqarıstanın qazın rublla ödənişindən imtina etməsi səbəbindən çatdırılmalar dayandırılıb.