Avropada təbii qazın qiyməti 16% artaraq, min kubmetr üçün 1 300 ABŞ dollarını ötdükdən sonra tədricən düşməyə başlayıb.
İndex.az xəbər verir ki, bu, Bolqarıstana və Polşaya Rusiya qazının ixracının dayandırılmasından qaynaqlanır.
Belə ki, TTF indeksi üzrə “təbii yanacağın” may fyuçerslərinin qiyməti 1 374 ABŞ dollarına çatıb, daha sonra isə 1 250 ABŞ dollarından aşağı düşüb.