Spirtsiz içkilərin istehsalı üzrə dünya lideri olan ABŞ-ın “Coca-Cola” (SPB: KO) şirkəti, həmçinin “Coca-Cola” Fondu və onun qlobal tərəfdaşları Ukraynaya, təqribən, 15 milyon ABŞ dolları məbləğində maliyyə yardımı edəcək.
İndex.az xəbər verir ki, vəsait Ukrayna və qonşu ölkələrdə fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər təşkilatlara yardım çərçivəsində ayrılacaq.
Bundan başqa, korporasiyanın Ukraynada çalışan əməkdaşlarına təcili maliyyə yardımı ediləcək.
Xatırladaq ki, “Coca-Cola” şirkəti Ukraynadakı müharibəyə cavab olaraq, bu ilin martın 8-də Rusiyada fəaliyyətini dayandırıb.