Hesablama Palatası bu nazirlikdə yoxlamalar aparacaq

“Cari ildə Gənclər və İdman Nazirliyində aparılacaq uyğunluq auditi çərçivəsində “Tokio-2020” və federasiyalara ayrılan vəsaitin auditini aparacaq”.

İndex.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, xarici ticarət fəaliyyəti iştirakçıları üzərində gömrük nəzarətinin təşkili vəziyyətinin araşdırılması da planlaşdırılır.