Deputat: “Bank kreditlərinin faizləri 5-6 arasında olmalıdır”

Azərbaycanda bank faizlərinə görə cərimələrin silinməsi təklif edilib.

İndex.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Deputat bildirib ki, banklar 20 faizdən yuxarı kredit verirlər:

“Hesab edirəm ki, bank kreditlərinin faizləri 5-6 arasında olmalıdır. İnsanlar qazandıqlarının hamısını borca verir. Bank borcları, faizlər bu gün əsas problemdir”..

Mənbə – Report