Avropada təbii qazın qiyməti 1000 dollara düşdü

Avropada təbii qazın qiyməti min kubmetr üçün 1 045 ABŞ dolları təşkil edib.

İndex.az Londonun ICE birjasına istinadən xəbər verir ki, ticarət sessiyasının əvvəlində TTF indeksi üzrə “təbii yanacağın” may fyuçerslərinin qiyməti 1 035 ABŞ dollarına ticarət olunub, daha sonra isə dünənki qiymətlə müqayisədə 1,9% artaraq, 1 051 ABŞ dollarına çatıb. Lakin sonradan bir qədər ucuzlaşan təbii qazın min kubmetri hazırda 1 045 ABŞ dolları səviyyəsində ticarət olunur.