Sığorta ödənişlərinin 76%-i bu 5 şirkətin payına düşür

Bu ilin yanvar-mart aylarında Azərbaycanda həyata keçirilmiş 61,228 milyon manat sığorta ödənişinin 46,428 milyon manatı və yaxud 75,8%-i 5 sığorta şirkətinin payına düşüb.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər “PAŞA Sığorta” (17,181 milyon manat) və “PAŞA Həyat Sığorta” (14,359 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 6,352 milyon manat), eləcə də “Xalq Sığorta” (5,701 milyon manat) və “Atəşgah Həyat Sığorta” (2,835 milyon manat) ASC-lərdir.

3 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “Xalq Həyat Sığorta” (5 min manat), “İpək Yolu Sığorta” (16 min manat), “Naxçıvan Sığorta” (87 min manat) və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (119 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 227 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 14,573 milyon manat (23,8%) təşkil edib.

 

Mənbə – Renkinq