BMW Almaniyada daha bir zavodun fəaliyyətini dayandırıb

Almaniyanın BMW şirkəti ölkənin cənubundakı Regensburq şəhərindəki avtomobil zavodunun fəaliyyətini bir həftə müddətinə dayandırıb.

İndex.az xəbər veiri ki, şirkətin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, zavodun işi Ukraynada istehsal olunan yarımkeçiricilərin qıtlığı ilə əlaqədar dayandırılıb. Bir həftdən sonra zavodun işinin bərpa olunub-olunmyacağı məlum deyil.

BMW-nin Regensburq zavodunda gündəlik olaraq minə yaxın X1, X2 və 1 modelləri istehsal olunurdu.

Bundan əvvəl BMW Münhen, Dinqolfinq və Ştayr şəhərlərində zavodların işini müvəqqəti dayandırmışdı.