Bu yolda hərəkət dəyişdirildi – Sürücülərin diqqətinə – FOTO

Bakıda daha bir yolda hərəkətin təşkilində dəyişiklik edilib.

Milli.Az bildirir ki, Zahid Qəmbərov küçəsinin Binəqədi şosesi ilə kəsişməsində hərəkət istiqaməti dəyişdirilib. Belə ki, artıq bu küçədən sola dönməyə icazə verilir.

Qeyd edək ki, dəyişiklik bir müddət əvvəl edilib. Bundan əvvəl həmin küçədən Binəqədi tərəfə getmək istəyənlər bu yolla sağa daxil olub, sonra notariatın qarşısından geriyədönmə edirdilər.