TOGG 2030-cu ilə qədər 1 milyon avtomobil istehsal edəcək

TOGG-un CEO-su Gürcan Karakaş 2030-cu ilə qədər 5 fərqli modeldə 1 milyon avtomobil istehsal etməyi hədəflədiklərini bildirib.

İndex.az xəbər verir ki, Karakaş, C seqmentində “Sedan” və “C-X Coupe” modellərini istehsal xəttinə daxil edəcəklərini, ailəyə “B-SUV” və “C-MPV”nin də əlavə edilməsi ilə eyni DNT-ni daşıyan 5 modeldən ibarət məhsul çeşidinin tamamlanacağını bildirib.

Karakaş, 2023-cü ilin istehsal baxımından məhsuldar olduğunu və “T10X” modeli üçün 177 min ön sifariş aldıqlarını bildirib.

İstehsal planlarını tələbata uyğun olaraq 18 mindən 20 minə artırdıqlarını ifadə edən Karakaş, 20 minə yaxın avtomobili problemsiz təhvil verdiklərinin vurğulayıb.