“Android” telefonlar artıq “Windows 11″də veb-kamera kimi istifadə edilə bilər

“Insider” proqramının bir hissəsi olan “Windows 11” istifadəçiləri artıq “Android” telefon və ya planşetlərini video konfrans zənglərində veb-kamera kimi istifadə edə bilərlər.

İndex.az xəbər verir ki, “Android” cihazınızı veb-kamera kimi istifadə etmək üçün siz “Parametrlər” > “Bluetooth və cihazlar” > “Mobil cihazlar”a daxil olub, “Cihazları idarə et” seçimini etməli və kompüterinizin “Android” telefonunuza daxil olmasına icazə verməlisiniz.

“Android” telefonunuz və ya planşetiniz qurulduqdan sonra onun uğurla qoşulduğunu göstərən məlumat pəncərəsi görünəcək.

“Microsoft” həmçinin qeyd edir ki, istifadəçilər birbaşa kompüterinizdən ön və arxa kameralar arasında keçid edə, effektlər əlavə edə və qalereyanızdakı ən son fotolara daxil ola bilərlər.