FED: “İnflyasiya məlumatları iqtisadçıların gözləntilərinə uyğun olub”

FED-in ABŞ-dakı qiymət hərəkətləri baxımından diqqətlə izlədiyi əsas inflyasiya məlumatları açıqlanıb.

İndex.az xəbər verir ki, məlumatlar gözləntilərə uyğun gəlsə də, son bir ildə qeydə alınmış ən sürətli artımı göstərib.

İqtisadçılar aylıq artımın 0,4%, illik artımın isə 2,8 faiz olacağını gözləyirdilər.

Eyni dövrdə fərdi gəlirlərdə 1% artım müşahidə edilib.

İqtisadçıların bu məlumat üçün gözlənti 0,4% olaraq təyin edilib.