2023-cü ilin ən yaxşı smartfonu məlum olub

Bir çox müxtəlif kateqoriyalar üzrə mükafatların yer aldığı MWC 2024 tədbirinin daha sonra başa çatması gözlənilir.

İndex.az xəbər verir ki, hər il olduğu kimi, 2023-cü ilin “Ən yaxşı smartfon” mükafatının qalibi açıqlanıb.

“Google”un hazırkı qabaqcıl telefonları olan “Pixel 8” və “8 Pro”, yenilikçi xüsusiyyətləri və performansı ilə ilin telefonu seçilib. Xəbər verdiyimiz kimi, “Pixel 8” seriyası aparıcı müstəqil analitiklər, jurnalistlər tərəfindən aparılan qiymətləndirmədə 2023-cü ilin “Ən yaxşı smartfon” seriyası seçilib.

Nəzərinizə çatdıraq ki, bu, “Pixel” seriyası üçün bir ilkdir. Əvvəlki mükafatlara baxdığımızda keçən ilki mükafatın sahibi “iPhone 14 Pro” olub. 2022-ci ildə “iPhone 13 Pro Max” seçildi və bundan bir qədər əvvəl “Galaxy S21 Ultra” seçildi. 2023-cü ildə “Pixel 8” seriyası ilə rəqabət aparan bütün telefonlar aşağıdakılardır:

iPhone 15 Pro
Google Pixel 8 seriyası
OnePlus Open/OPPO Find N3
Samsung Galaxy S23
Samsung Galaxy Z Flip 5