“Apple Vision Pro”a tələbat gözlənilmədən azalıb

“Apple Vision Pro”a tələbat kəskin şəkildə azalıb.

İndex.az xəbər verir ki, bununla bağlı analitik Minq-Çi Kuo məlumat yayıb.

Onun sözlərinə görə, “Vision Pro” hazırda yalnız ABŞ bazarında satılsa da, cihaza tələbat kəskin şəkildə azalmağa davam edir.

“Vision Pro” istifadəyə verildikdən cəmi bir həftə sonra istifadəçilər onu geri qaytarılmağa başlayıb.

Belə ki, “Vision Pro”nu  geri qaytaran istifadəçilər, ümumiyyətlə, “Vision Pro”nun çəkisindən, istifadənin çətinliyindən və göz narahatlığından şikayətlənirdilər.

Bununla belə, əsl pis xəbər geri dönüşlə deyil, məhsula tələbatla bağlıdır.

Məlumatlara görə, “Vision Pro”a təlabat sürətlə azalmağa başlayıb.