Pol Poqba 4 il futboldan uzaqlaşdırıldı

Avqustun 20-də “Yuventus”un A ​​Seriyasında “Udineze” ilə oyunundan sonra aparılan analizlərdə dopinq aşkarlanan Pol Poqbaya qarşı açılan istintaqda qərar verilib.

İndex.az xəbər verir ki, fransız ulduza 4 il futboldan uzaqlaşdırılıb. Qərardan sonra Poqbanın futbolu tərk edəcəyi təxmin edilir.

Liqanın ilk həftəsində “Udineze” ilə matçdan sonra alınan 30 yaşlı Poqbanın nümunəsində yüksək səviyyədə testosteron aşkar edilib. Sentyabrın 11-də açıqlanan ilk nəticəyə etiraz edən Poqbanın ikinci nümunəsinin də müsbət olduğu açıqlanıb. İtaliya Antidopinq Təşkilatı (NADO) ilk testin müsbət çıxmasından sonra fransız futbolçuya müvəqqəti cəza verib.