“Tesla” növbəti fabriki İtaliyada tikə bilər

“Tesla” yaxın bir neçə ildə istehsal gücünü artırmağı planlaşdırsa da, yeni fabriklər üçün ən uyğun yeri hələ də tapa bilmirdi.

İndex.az xəbər verir ki, yayılmış son malumatlara görə, “Tesla”nın növbəti fabriki İtaliyada ola bilər.

Belə ki, İtaliyanın biznes və istahsal üzrə naziri Adolfo Ursonun açıqlamalarına görə, hökumət aylardır “Tesla” ilə danışıqlar aparır.

Urso görüşlərin son dərəcə müsbət keçdiyini bildirib.

İtaliya hal-hazırda elektromobil sahəsində geridə qalan “Stellantis”in üstünlük təşkil etdiyi avtomobil sənayesini şaxələndirmək niyyətindədir.

“Tesla” bu diversifikasiya üçün mühüm hədəf olsa da, ölkə Çinli avtomobil istehsalçılarını da nəzərdən keçirir.

Digər tərəfdən, “Tesla” hələ yeni fabriklə bağlı qərar verməyib və İtaliya hələlik seçimlərdən biri kimi görünür.