Kanadada tələbə kirayə haqqını ödəməmək üçün dərslərə təyyarə ilə gedir

Kanadanın Vankuver şəhərindəki Britaniya Kolumbiyası Universitetinin tələbəsi kirayə haqqını ödəməmək üçün dərslərə təyyarə ilə gedir.

İndex.az xəbər verir ki, Vankuverdən təxminən 970 kilometr uzaqlıqda yerləşən Kalqaridə yaşayan Tim Çen universitetə ​​həftədə iki dəfə təyyarə ilə getdiyini bildirib.

Uçuş biletinin qiymətinin Vankuverdə kirayə haqqı ödəməkdən daha ucuz olduğunu izah edən Çen, gediş-gəliş biletlərini orta hesabla 150 dollara aldığını bildirib. Biletlərin ayda 1200 dollar, Vankuverdə orta kirayə haqqının isə 2 min 100 dollar civarında olduğunu söylədi.

Çen həftədə yalnız 2 gün məktəbə getməli olduğunu bildirib: “Bu üsulun kirayə pulu ödəməkdən daha ucuz olduğunu və pula qənaət etdiyimi anladım”.