“Shell” şirkəti Kaliforniyadakı hidrogen stansiyalarını bağlayır

“Shell”, Kaliforniyada fəaliyyət göstərən 7 hidrogen stansiyasını bağlayacağını açıqladı.

İndex.az xəbər verir ki, şirkətin bu qərarı hidrogenlə işləyən avtomobil bazarı üçün böyük zərbə deməkdir.

Bu yaxınlara qədər “Shell”, “Hidrogen Yanacaq Hüceyrələri Tərəfdaşlığı” (H2FCP) çərçivəsində Kaliforniyada cəmi 55 pərakəndə hidrogen stansiyasından 7-ni idarə edirdi.

Hidrogen yanacaq elementli nəqliyyat vasitələrinin sahiblərinin hələ də avtomobillərinə yanacaq doldurmaq imkanı olsa da, enerji sektorunun əsas oyunçularından birinin bu qərarı verməsi hidrogen avtomobilləri üçün pis xəbərdir.

“Shell”in hidrogen şirkətinin vitse-prezidenti Endryu Beard stansiyaların bağlanmasının səbəbini hidrogen təchizatındakı çətinliklər və digər xarici bazar amilləri ilə izah edib.