Niderland F-35 qırıcılarının hissələrini İsrailə satmayacaq

Haaqa Apellyasiya Məhkəməsi öz qərarında beynəlxalq humanitar hüququn pozulması səbəbindən F-35 qırıcı təyyarələrinin hissələrinin İsrailə satışının dayandırılmasına qərar verib.

İndex.az xəbər verir ki, məhkəmədən verilən açıqlamada, F-35 döyüş təyyarələrinin hissələrinin İsrailə ixracının dayandırılması tələbini rədd edən məhkəmə qərarı ilə bağlı insan haqları təşkilatları Oxfam Novib, PAX və The Rights Forumun apellyasiya tələbinin qəbul edildiyi bildirilib.

Açıqlamada İsrailin Qəzzaya hücumlarında mülki vətəndaşlara dəyən zərəri kifayət qədər nəzərə almadığı vurğulanıb və Niderlanda F-35 hissələrinin İsrailə ixracını 7 gün ərzində dayandırması əmri verildiyi bildirilib.