BVF rəhbərindən qlobal iqtisadiyyat ilə bağlı PROQNOZ

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgieva qlobal iqtisadiyyat haqqında öz proqnozlarını paylaşıb.

İndex.az xəbər verir ki, Kristalina Georgieva bildirib ki, bu il qlobal iqtisadiyyatda yumşaq eniş olacaq.

Georgieva, Dubayda keçirilən Dünya Hökumət Zirvəsində verdiyi açıqlamada, uçot dərəcələrinin ötən il görülməmiş bir nisbətdə artırıldığına diqqət çəkərək, qlobal iqtisadiyyatın yumşaq enişi reallaşdıracağına son dərəcə əmin olduğunu bildirib.

ABŞ kimi aparıcı iqtisadiyyatlarda uçot dərəcələrinin azaldılması ehtimalı ilə bağlı suallara cavab verən Georgieva bildirib ki, uçot dərəcələrinin ən geci ilin ortasına qədər formalaşacağı gözlənilir.

Koronavirusun yayılmasından sonra gözlənilməz vəziyyətlərin yarana biləcəyi ehtimalının nəzərə alınması lazım olduğu barədə xəbərdarlıq edən Georgiyeva, İsrail və HƏMAS arasında müharibənin uzanacağı təqdirdə bunun bir çox ölkənin iqtisadiyyatına təsir edəcəyini bildirib.