“WhatsApp” yeni funksiyasını təqdim etdi

Artıq “WhatsApp”da kimisə bloklamaq üçün söhbəti açmağa ehtiyac yoxdur.

İndex.az xəbər verir ki, “WhatsApp” yeni funksiya ilə istənməyən kontaktları birbaşa kilid ekranından bloklamaq imkanı yaradıb.

Spam mesajlarını bloklamaq üçün ekranın kilidini belə açmağa ehtiyac yoxdur. Birbaşa bildiriş vasitəsilə istədiyiniz şəxsi bloklamaq mümkün olacaq.

Belə ki, əvvəlcə kilid ekranında “WhatsApp” mesajının yanındakı “ok”a toxunun. Bu zaman bloklama və cavab seçimlərini görəcəksiniz. Blok et seçimini seçərək bloklanacaq “WhatsApp” nömrəsini yoxlayıb, şəxsi seçib və “Blok” düyməsini klikləyin.

Bununla da, siz söhbəti açmadan şəxsi blok etmiş olacaqsınız.