Ötən həftə ucuzlaşan qızıl bu həftə dəyərini qoruyub

Ötən həftəni 0,8%-lik enişlə tamamlayan qızıl qiymətləri, yeni həftədə dəyərini qorumağı bacarıb.

İndex.az xəbər verir ki, qızılın unsiyası bu gün səhər saatlarında 2024 dollara satılıb.

ABŞ-da çərşənbə axşamı açıqlanacaq yanvar ayı inflyasiya məlumatlarının 3,4%-dən 2,9%-ə enəcəyi gözlənilir.

Bu gözlənti isə qızıl qiymətlərinin yeni həftədə də ucuzlaşmasına mane oldu.

Açıqlanacaq məlumatların FED-in hərəkətlərinə təsir edəcəyi gözlənilir.

FED-dən may ayına qədər faiz endirimi gözlənilmir.

Uçot dərəcəsinin endirilməsinin vaxtı ilə bağlı qeyri-müəyyənlik qızıl qiymətlərinin bu il dar bir zolaqda hərəkət etməsinə səbəb olub.