Fransanın bir qəsəbəsində ictimai yerlərdə telefonlar qadağan edilib

Smartfonların tarixi qədim dövrlərə gedib çıxmasa da, bu qurğular demək olar ki, bütün dünyaya yayılıb. Yeni kommunikasiya inqilabını təmin edən texnologiya isə bir çox insanın əsəblərinə toxnur.

İndex.az xəbər verir ki, Fransada iki mindən az adamın yaşadığı Seine-Port bu mövzuda addım ataraq əvvəlki həftə sonu referendum keçirdi. İctimaiyyət öz səsləri ilə göstərdi ki, ictimai yerlərdə smartfonlardan istifadəni məhdudlaşdırmaq istəyirlər.

Bu qəsəbədə küçədə gedərkən, park skamyalarında oturarkən, kafedə içki içərkən, restoranlarda yemək yeyərkən və ya uşağını məktəbin qapısında gözləyərkən telefondan istifadə etmək kağız üzərində qadağandır. Yolunu azmış şəxslərdən elektron cihazındakı xəritə əvəzinə ətrafdakılardan kömək istəmələri xahiş olunur.

Beynəlxalq qanunlarda belə bir maddə olmadığı üçün polis telefondan istifadə edənləri cərimələyə bilməyəcək. Ancaq planlar çərçivəsində təşviq ediləcək mağaza sahibləri, müştərilərə telefon istifadəsini məhdudlaşdırmaq üçün yumşaq bir şəkildə xəbərdarlıq edəcəklər.