“Bitcoin”in qiyməti bahalaşmağa davam edir

“Bitcoin”, son bir il ərzində ən uzun yüksəliş tempini əldə edib.

İndex.az xəbər verir ki, “Bitcoin”in qiyməti həftənin ilk ticarət günündə 49 min dollara yaxınlaşıb.

“Bitcoin” bu günü artımla tamamlasa, yeddi günlük seriya ilə 2023-cü ilin yanvarından bəri ən uzun artım seriyasını əldə edəcək.

Son zamanlarda “Bitcoin”in artımına təkan verən ETF-lərə daxilolmalar davam edir.

Ötən il yanvarın 11-də ticarətə başlayan doqquz yeni spot “Bitcoin” fondu indiyədək 9 milyard dollardan çox investor axını cəlb edib.

Qeyd edək ki, kriptovalyutanın ən qədim fondlarından biri olan “Grayscale Bitcoin Trust” fondu, yeni fondların istifadəyə verildiyi gün ETF-yə çevrildi.