“Sedan” avtomobillərinin arxa pəncərələrində niyə silgi yoxdur?

Toz avtomobilin arxa şüşəsində və baqaj qapağında toplanır. Lakin “Sedan” modellərində bu mənzərəni görmək mümkün deyil. Səbəb onun dizaynı ilə bağlıdır.

İndex.az xəbər verir ki, arxa pəncərənin bucağı və baqajın uzunluğu ilə bağlı olan bu vəziyyət, formasına görə su toplanmamasını da təmin edir.

Beləliklə, əslində sadə bir mühəndislik möcüzəsi var. Hava hərəkəti şüşəyə yapışan damcıların şüşədə dayanmasının qarşısını alır. Sadə sözlə desək, külək şüşədəki suyu süpürür.

“Hetçbek” avtomobillərinin şüşələri şaquli dizayna malikdir. Bu, əslində əlverişsiz bir dizayndır. Çünki ön şüşə küləyi qəbul edə bilməyəndə yağış damcıları və şüşəyə düşən toz qalıqları arxa pəncərədə toplanır.

Bu vəziyyət arxa şüşəyə siləcək ehtiyacı yaradıb. Tamamilə dizaynla bağlı olan bu vəziyyət sürücülük təhlükəsizliyini də təmin edir.

“Sedan” avtomobillərdə arxa silginin olmaması arxanı görünməyə mane olmur. Çünki digər nəqliyyat vasitələrindən fərqli olaraq şüşəyə yapışan su damcılarını görmək mümkün deyil.

Bunun əksi baş versə belə, yeni texnologiya ilə hazırlanan avtomobillərdəki arxa görüntü kameraları və köməkçi avadanlıqlar bu mövzuda dəstək verəcək.

“Sedan” olmasına baxmayaraq, arxa silgiləri olan bəzi modelləri təqdim edirik:

Peugeot 306
Laguna C5
Skoda Octavia

Bu modellər kimi istisna olmaqla, sedan modellərində ümumiyyətlə dizayna görə arxa silgilər yoxdur. Bu modellərin səbəbi baqaj məsafələrinin qısa olması və arxa pəncərənin baqajla birlikdə açılmasıdır.