Prezident uşaq istismarına görə məhkumu əfv etdi, daha sonra istefa verdi

Müxalifət başda olmaqla cəmiyyətin böyük kütlələrinin reaksiyasına səbəb olan prezident Katalin Novak Macarıstanda uşaq istismarına görə məhkum olunmuş şəxsi əfv etdikdən sonra vəzifəsindən istefa verib.

İndex.az xəbər verir ki, özünü ana, qadın və ölkəsini çox sevən macar kimi təqdim edən Novak canlı yayımda istefa qərarı ilə bağlı bunları deyib:

“Bir çox insanın təəccübünə və narahatlığına səbəb olan amnistiya aktı verdim. Mən səhv qərar verdim”.

Qeyd edək ki, Papa Fransiskin ötən ilin aprelində Macarıstana səfəri zamanı Novak bir məhbus üçün xüsusi əfv fərmanı verib və təklifi o vaxt vəzifədə olan ədliyyə naziri Judit Varqa imzalayıb. Məlum olub ki, amnistiyadan faydalanan şəxs dövlət yataqxanasında cinsi zorakılıq hallarını gizlətməkdə təqsirli bilinən qurumun direktor müavini olub. Bu qərar açıqlandıqdan sonra Novak istefaya çağırıldı.