Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 7% azalıb

Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 473,728 milyon manat təşkil edib.

İndex.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% azdır.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 12,3% artaraq 136,952 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 13,9% azalaraq 314,878 milyon manat, aksizlər üzrə daxilolmalar 24,7% artaraq 18,507 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 23,7% azalaraq 3,392 milyon manat olub.