Dövlət xətti ilə ipoteka kreditləşməsi 11% artıb

Bu il I rübündə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 107,9 milyon manat kredit verilib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,7% çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 27,3% artaraq 74,2 milyon manata çatıb.

Ötən 3 ayda İKZF istiqraz buraxmaqla 40 milyon manat vəsait cəlb edib ki, bu da 1 il əvvələ nisbətən 27,3% çoxdur. İl ərzində Fonda dövlət büdcəsindən ayrılan vəsaitin məbləği isə 33,5% azalaraq 23,8 milyon manata düşüb.