Bu məhsullar kəskin bahalaşdı – VİDEO

Son ayyarım ərzində uşaq qidalarının qiyməti 2 dəfə artıb.

“Xəzər Xəbər”in məlumatına görə, hazırda minimum 3 manata təklif olunan uşaq qidasının qiyməti 5-6 manat arasında dəyişir.

Əczaçıların sözlərinə görə, uşaq qidalarında ilk dəfə artım 1 ay bundan öncə baş verib. Son 2 həftədə isə qiymət bir az da bahalaşıb.

Əczaçılar bildirir ki, qiymət  artımına müştərilər də sərt reaksiya verir.

Bəzi əcçazılar isə qiymət artımına səbəb kimi uşaq qidalarının daha çox xaricdən gətirilməsini göstərir. Xərclərin artmasının qiymətələrə təsir göstərdiyi bildirilir.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: