“LUKoil”un yeni prezidenti kim olacaq?

Rusiyanın “LUKoil” şirkətinin Direktorlar Şurası aprelin 21-i müvəqqəti olaraq təyin etdiyi prezident – indiyə qədər şirkətin birinci icraçı vitse-prezidenti və İdarə Heyətinin üzvü olan Vadim Vorobyov olub.

İndex.az xəbər verir ki, “LUKoil” şirkətinin təsisçisi Vahid Ələkbərov Direktorlar Şurasının üzvünün səlahiyyətlərindən istefa vermək, habelə şirkət prezidentinin səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək barədə qərarını açıqlayıb.