BMW yeni nəsil “7 Series” sedanını təqdim etdi – FOTO

Almaniyanın “BMW” şirkəti yeni nəsil “7 Series” sedanını təqdim edib.

İndex.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Vurğulanır ki, Avropa regionu üçün avtomobil üç modifikasiyada təqdim ediləcək: 286 at gücündə dizel mühərrikli, 490 at gücündə elektrikli hibrid və 571 at gücündə benzin mühərrikli.

“7 Series” modelinin yeni xüsusiyyətlərindən biri – multimediada “YouTube”un olmasıdır. Lakin avtomobil hərəkətdə olduğu müddətdə videolara baxmaq mümkün olmayacaq. Eyni zamanda avtomobil 31 düymlük 8K BMW Theatre Screen ekranı ilə təchiz olunub.

Yenilik bazara 2022-ci ildə çıxacaq. Artıq məlumdur ki, ABŞ-da yeni nəsil avtomobilin qiyməti 94.3 min dollardan başlayır.