“WhatsApp” Rusiya vətəndaşları üçün yeni qayda tətbiq edir

“WhatsApp” messenceri bütün Rusiya vətəndaşları üçün yeni qayda tətbiq edir.

İndex.az bu barədə “Novosti”yə istinadən xəbər verir.

Verilən məlumata görə, sabahdan – aprelin 22-sindən tətbiqdə vacib funksiyalardan biri ruslar üçün əlçatmaz olacaq.

“Dəyişiklik bir müddət əvvəl təqdim edilmiş yox olan fotoşəkillər funksiyasına təsir edəcək”, – deyə mesajda bildirilir.

Qeyd olunur ki, daha əvvəl telefonda fayllar saxlanılırdı, bu da məxfiliyin pozulmasına gətirib çıxarırdı.