“Atəşgah Sığorta” şirkətinə işçi tələb olunur

Vakansiya: Proqram təminatçısı üzrə mütəxəssis

Namizədə tələblər:
Yaş: 25 – 30
Təhsil: Ali Komputer elmləri yaxud əlaqəli sahə üzrə ali təhsil
İş təcrübəsi: müvafiq sahədə minimum 2-4 il
Dil bilikləri: Azərbaycan dili (Əla), Ingilis dili (Yaxşı) Rus dili (arzuolunandır)
C# (OOP), Asp.Net MVC ve .net Core üzrə mükəmməl bilik
SQL, SQL Server biliyi

Vəzifə öhdəlikləri:
Yeni layihələrin hazırlanması
Hazır modullara texniki dəstəyin göstərilməsi
Proqram spesifikasiyalarını və əsas prototiplərini formalaşdırmaq
Proqramlaşdırma tətbiqlərini inkişaf etdirmək, sınaqdan keçirib və analiz etmək
Proqram səhvlərini təhlil edib ,düzəldib və dəqiq vəziyyət hesabatlarını vaxtında təqdim etmək
Proqram təminatçılarına və analitiklərə yeni proqramları konseptləşdirmək və inkişaf etdirmək üçün dəstək vermək

İş şərtləri:
Əmək müqaviləsi bağlanılır
İş vaxtı 09:00 – 17:30
İş günü 5/2
Əmək haqqı: 2000 – 2300 azn (gross ilə məbləğ)

Məlumatlandırıcı qeydlər:
CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur;
CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin;

Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir. İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur.

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] email ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Proqram təminatçısı ” qeyd etmələri xahiş olunur.